Facebook-dan xəbərdarlıq: COVİD-19-la bağlı paylaşımlara görə cəzalar olacaq

"Facebook" Covid-19 peyvəndləri haqda özündə təsdiqlənməmiş məlumatları əks etdirən paylaşımları avtomatik siləcəyini elan edib.

Bu haqda şirkət tərəfindən verilmiş açıqlamada bildirilib.

Belə ki, "Facebook" və "İnstagram"-da nüfuzlu səhiyyə qurumları və mütəxxəsisləri tərəfindən rədd edilmiş iddiaları əks etdirən yazıların yer almayacağı bildirilir.

Facebook həmçinin bildirib ki, ABŞ-da Covid -19 epidemiyasının başladığı mart-oktyabr ayları aralığıbda epidemiya ilə bağlı yalnış yazılan 12 milyon mesaj silinib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31