Sağlamlıq imkanları məhdud uşaqlar müasir reabilitasiya sistemi ilə əhatə olunublar

Prezident İlham Əliyevin xüsusi qayğısı sağlamlıq imkanları məhdud uşaqların hərtərəfli sosial təminat və müasir reabilitasiya sistemi ilə əhatə olunmasına imkan yaradıb. Bu kateqoriyadan olan uşaqlar üçün aylıq müavinət, həmçinin onlara qulluq edənlər üçün  Prezidentin aylıq təqaüdü ödənilməklə, eyni zamanda, həmin uşaqlar üçün reabilitasiya sisteminin inkişafına xüsusi diqqət yetirilir. "Olaylar" xəbər verir ki, bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Nərimanov rayonunda 1 saylı Uşaq Reabilitasiya Mərkəzi müasir tələblərə uyğun qurulub. Həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə uşaqlar üçün Bakının Suraxanı rayonunda 2 saylı Uşaq Reabilitasiya Mərkəzi, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb.

Qəbələ və Şəmkir rayonlarında da uşaq reabilitasiya mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulur. Uşaq Reabilitasiya Mərkəzlərində sağlamlıq imkanları məhdud uşaqlar məqsədyönlü fizioterapevtik prosedurlar əsaslanan səmərəli reabilitasiya tədbirlərinə cəlb olunmaqla, onların sosial statusunun bərpa edilməsi, cəmiyyətə inteqrasiya imkanlarına malik olmaları üçün xidmətlər göstərilir. 2 saylı Uşaq Reabilitasiya Mərkəzindən hazırlanmış videosujetdə  həmin xidmətlərlə tanış ola bilərsiniz. https://youtu.be/RreksYJl9dE

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31