Deputat seçicilərini onlayn qəbul edib

Milli Məclisin üzvü Novruz Aslanov COVİD-19 pandemiyası dövründə seçiciləri ilə davamlı olaraq onlayn formatda və ya telefon vasitəsilə əlaqə saxlayır. Millət vəkili dekabrın 3-də İsmayıllı rayon sakinləri ilə növbəti belə qəbul keçirilib. "Olaylar"  xəbər verir ki,  seçicilər millət vəkili ilə telefon vasitəsilə fərdi qaydada əlaqə saxlayır və mövcud problemlər barədə  millət vəkili ilə müzakirələr aparırlar. Sakinlər hər həftənin IV günü telefon vasitəsilə sərbəst şəkildə Novruz Aslanovla əlaqə saxladıqlarından məmnunluqlarını bildirmiş və deputata təşəkkür etmişlər. Müraciət edənlər həmişə olduğu kimi qeydiyyata alınmış, bir neçə məsələ operativ olaraq həll edilmişdir. Məlumat üçün bildirək ki, pandemiya dövründə rayon sakinlərinə ərzaq və gigiyenik vasitələrlə dəstək verilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31