Suqovuşan və Talışda polisin fəaliyyəti bərpa edildi
3 Dekabr 2020 14:36 SosialSentyabrın 27-dən başlayaraq müzəffər Azərbaycan ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsizlik tədbirləri gücləndirilir. "Olaylar" xəbər verir ki, DİN-in Mətbuat Xidmtətinin Bərdə regional qrupundan bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları rayonun işğaldan azad edilmiş Suqovuşan və Talış kəndlərində xidməti fəaliyyətini bərpa edib. Kəndlərin ərazisində təhlükəsizliyi təmin etmək üçün sahə inspektorları təyin edilib və xidməti post qurulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31