Hadisə koronavirusa yoluxdu
25 Noyabr 2020 15:52 SosialTürkiyənin pop ulduzu Hadisə koronavirusa yoluxub.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, bir müddət əvvəl sənətçinin səhhətində nasazlıq yaranıb və o, xəstəxanaya müraciət edib.
"COVID-19" testi etdirən ifaçının nəticələri pozitiv çıxıb.
Sevgilisi Kaan Yıldırımla yaşayan ifaçı başqa evə köçərək özünü karantinə alıb. Onun müalicəsi ev şəraitində aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31