Ədliyə tarixini əks etdirən kitab çap olunub
25 Noyabr 2020 11:29 SosialAzərbaycan ədliyyəsinin qədim vaxtlardan müasir dövrümüzə qədər tarixini əks etdirən kitab çap olunub. Ədliyyə Nazirliyindən "Olaylar"a bildirilib ki, nəfis şəkildə çap olunmuş kitab kollektivə təqdim edilib. Kitabda ədliyyənin təşəkkülü, müasir hüquq sistemimizin banisi, ümummilli lider Heydər Əliyev tərəfindən ədliyyə sisteminin və məhkəmə hakimiyyətinin formalaşmasına göstərilən xüsusi diqqət və qayğı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə fəaliyyətin müasirləşdirilməsi barədə maraqlı məlumatlar əks olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31