"Qarabağ Azərbaycandır!" elektron məlumat platforması yaradılıb

Azərbaycanın ədalətli mövqeyinin təbliği və geniş yayılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən üç dildə "Qarabağ Azərbaycandır!" elektron məlumat platforması (http://justice.gov.az/categories/1148) yaradılıb.  Nazirlikdən "Olaylar"a bildirilib ki, daim yenilənən və interaktiv rejimdə fəaliyyət göstərən platformada Vətən Müharibəsi dövründə dövlət başçısının və Birinci vitse-prezidentin fədakar xidmətləri, Zəfər yürüşümüzə dair xəbərlər, sənədlər, foto və video-materiallar, hüquqi maarifləndirməyə dair nazirliyin hazırladığı materiallar əks olunub. Digər saytlara inteqrasiya olunmuş platformadan artıq minlərlə istifadəçi yararlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31