Kəlbəcərin peykdən görüntüləri yayılıb - FOTO
25 Noyabr 2020 11:18 Sosial"Azərcosmos" bu gün azad edilən Kəlbəcər rayonunun peyk görüntülərini yayıb.
Olaylar.az-ın məlumatına görə, Kəlbəcər rayonunun işğaldan azad olunduqdan sonrakı təsvirləri "Azersky" peyki ilə çəkilib.
Qeyd edilib ki, işğal dövrü ərzində Kəlbəcər rayonunda xeyli sayda tarixi-mədəniyyət abidəsi, muzey, "İstisu" sanatoriyası və digər mühüm obyektlər erməni vandalları tərəfindən xarabalığa çevrilib.
Rayonun ərazisindəki Qafqaz Albaniyası memarlığının nümunəsi olan "Xudavəng" və "Gəncəsar" monastır kompleksləri ermənilərin təcavüzünə məruz qalıb.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31