Məni bağışla, qızım...

11 oktyabr beynəlxalq qız uşaqları günüdür. Sosial şəbəkələrdə gözəl fotolar paylaşılır. Cəmiyyətimizə bələd olduğumuza görə hamımız qızlarımıza xoşbəxt olmağı arzulayırıq. Bilirik ki, Azərbaycanda xoşbəxt qadın olmaq daha çox şans işidir. Burada qadınlar ya xoşbəxtdir, ya da ki... Bizim cəmiyyətdə orta hədd yoxdur.

11 oktyabr beynəlxalq qız uşaqları günüdür. Sosial şəbəkələrdə gözəl fotolar paylaşılır. Cəmiyyətimizə bələd olduğumuza görə hamımız qızlarımıza xoşbəxt olmağı arzulayırıq. Bilirik ki, Azərbaycanda xoşbəxt qadın olmaq daha çox şans işidir. Burada qadınlar ya xoşbəxtdir, ya da ki... Bizim cəmiyyətdə orta hədd yoxdur.

Bu gün 5 qız övladından 4-ü problemli ailələrdə öz travmalarına sarılaraq böyüyür. Onlar anaları ilə rəfiqə ola bilmirlər. Anaları ilə fəxr edə bilməyən qızların ilk acıdıqları insan analarıdır.  Azərbaycanda qızların ən yaxın rəfiqəsi körpə ürəklərində yaşatdıqları ağrılardır. Qorxduqları, nifrət etdikləri ilk insan atalarıdır. Qurtulmaq istədikləri ilk yer isə böyüdükləri evdir...

Bu qızların üzləri ancaq fotolarda gülür. Gözləri isə hər zaman kədərlidir. Azərbaycan qızları uşaqlıqlarını yaşamırlar... Onlar analarına edilən şiddətlə birgə böyüyürlər...

Əyalətdə yaşayan qızlar çarəni paytaxda, paytaxda yaşayanlar xoşbəxt olmağı hansısa ölkəyə getməkdə görürlər. Qızlarımızın axtardıqları xoşbəxtlik maddiyyat deyil, hüzurdu. Ailədə tapa bilmədikləri o hüzur üçün bütün illərini və ömürlərini qurban verirlər. Kimisi bu axtarışda bütün zəncirləri qırır, yadın, doğmanın nə deyəcəyini aldırmadan öz xoşbəxtliyini tapır. Kimisə qurtulmaq istədiyi anda sarıldığı travmalarla birgə dünyaya özü kimi şiddətlə böyüyən uşaq gətirir...

Gözlərindən kədər sallanan hər bir uşaq 4 nəfərin "şah" əsəridir. Nə qədər ki, gənclər özləri deyil, valideynləri "evlənəcək", bu kədərin sonu olmayacaq. Travmalı uşaqları, gəncləri olan cəmiyyətdə məktəb deyil, həbsxana olacaq. İnsanlar teatr qapılarında deyil, xəstəxana qapılarında növbə gözləyəcək. Qadını sağlam, xoşbəxt olan cəmiyyət hər zaman sevgidoludur.

Uşaqlıqlarını əllərindən aldığımız qızlarımızdan üzr istəməkdən çəkinməyək. Bəlkə o zaman bizi bağışladılar. Xəyallarını gerçəkləşdirəndə, həyatlarını quranda onlara mane olmayaq. Hər qərarlarında yanlarında olaq. Onları səhvləri, düzləri ilə birgə sevək. Üzlərindən öpdüyümüz kimi günahlarından, səhvlərindən də öpməyi bacaraq. Ən azı buna cəhd edək. Çətin olmayacaq. Yetər ki, bunu istəyək...

P.s Səni çox sevirəm, qızım. Uşaqlığını əlindən aldığım üçün məni bağışla...

Xəyallarını birgə gercək edəcəyik...

Səni yanlışlarınla, doğrularınla birgə sevirəm... Nə yaxşı ki, mənim qızımsan.

Özüm qızım...

Nigar Adil

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31