Karl Marks Quranı oxumuş olsaydı, "Kapital"ı yazmazdı - Aysel Oğuz yazır

Qlobal ekoloji böhran və islami fəlsəfə

1863-cü ildə- şahlar və imperatorların hökmranlıq etdiyi, kasıb kəndçinin qan-tər içində tarlalarda çalışdığı bir dövrdə, dahi fantast Jül Vern "XX əsrdə Paris" adlı unikal və möhtəşəm bir əsər yazır. Lakin bu əsər düz 130 il onun arxivində itib batır və Vernin varisi təsadüf nəticəsində bu əsəri aşkar edir.1994-cü ildə əsər kitab şəklində çapa verilir və çox keçmədən bestsellərə çevrilir. Fantast yazırdı ki, 1960-cı illərdə Fransada şüşəli göydələnlər, kondisonerlər, liftlər, sürətli qatarlar, benzinlə işləyən avtomobillər, faks aparatları və hətta internetə bənzər bir şey olacaq... Jül Vern 100 il sonra nələr baş verəcəyini bu qədər dəqiqliklə izah etməyə necə nail olmuşdur, çox qaranlıqdır.

Jül Vern kimi texniki inkişafı öncədən görüb öz əsərlərinə köçürdən dahi rəssam, mütəfəkkir ikinci şəxs Leonardo Da Vinçidir. O, əsərlərində göydə uçan maşınların eskizini riyazi hesablamalara dayanaraq, çox dəqiqliklə çəkir və gələcək həyatı məharətlə əks etdirirdi.

Vern və Da Vinçinin proqnozlarını nəzərdən keçirəndə, istər-istəməz beynimizdə bir sual yaranır: Bu gün 2100-cü ildəki dünyanı öncədən görə bilərikmi? Hazırda qlobal elmi çevriliş proseslərini yaşadığımız üçün bu bir qədər çətindir, lakin mümkünsüz də deyil.

Alimlər iddia edir ki, yaxın 100 il ərzində insan kosmosa liftlə qalxa, hamam otağında güzgünün içərisinə yerləşdirilmiş xüsusi çip vasitəsilə yenicə inkişaf etməyə başlamış xərçəng hüceyrələrini aşkara çıxara və hətta öz xəyalının şəklini də çəkə biləcək. Bu kimi proqnozlar çoxdur, lakin fikir verdiyim qədərilə  bu araşdırmalarda nə ekologiya, nə ətraf mühit, nə da burada var olan canlıların xeyrinə, onların qurtuluşu olacaq yeni imkanlara dair bir proqnoza  belə rast gəlmədim.

Təəssüflə qeyd edək ki, insan oğlu materialist bir dövrdə yaşadığı üçün bütün beyin icadlarını məhz pula və saxtakarlığa kökləyib. Göründüyü qədər, nə  insanlığı məhvə uğrayan ekologiya, nə ətraf mühit, bəşəriyyət yaranandan bəri maraqlandırmır. Bu da o deməkdir ki, belə getsə bu problem heç bir zaman öz həll  yolunu tapmayacaq və təbiət "səbrlə" tamamilə öz məhvolma gününü gözləyəcək.

Əgər Amerika və ya Avropa ölkələri, ekologiyanın çirklənməsi və yaxud ozon təbəqəsinin hər keçən gün nazikləşməsilə bağlı həyəcan təbili çalırsa, sual yaranır nəyə görə sonra da dövlət büdcəsinin gəlirlərini artırmaq məqsədilə müsəlman və ya qeyri-müsəlman ölkələrə silah satırsa, ekologiyada olan mövcud problem- sizcə, necə öz həlli yolunu tapa bilər ki?

Dünyaya nəzər salın. İllərdir ki, planetimizin müxtəlif nöqtələrində qızğın döyüşlər gedir. Hər gün planetimiz dediyimiz. yəni evimizin bir bucağına bombalar yağır, yüzlərlə canlı məhv olur,  bununla bərabər torpağın kimyəvi tərkibi, relyefi dəyişikliklərə məruz qalır, cansızlaşır və bir toxumun burada cücərmə qabiliyyətini sıfıra endirir. Bu halda siz hansı ozon təbəqəsinin nazikləşmə həyəcanından danışırsız, ey saxtakar Avropa,  Amerika alimləri? Məgər görməzdən gəldiyiniz Suriyaya, Həmasa, İsrailə, İrana, Livana və sairə kimi yerlərə atılan bombalar ekoloji böhrana gətirib çıxarmırmı? Siz deyilmisiz ki, başqa ölkələrə tonlarla mənşəyi məlum olmayan, süni yetişdirilmiş ət, yumurta və digər GMO məhsulları göndərib, kənd adamını tənbəlliyə öyrədən və bununla da təbiətin yaratdığı bioloji balansı korladan?

Buradan sual yaranır. Geni modifikasiya olunmuş məhsullara zəruriyyət haradan yarandı?

Bütün bunlara səbəb, düşünürəm ki, ölkələrin bir-birilə demoqrafik artım yarışına girməsidir. Alimlər iddia edir ki, yer kürəsinin əhali tutumluğu 3-4 milyard insan üçün nəzərdə tutulub. Lakin indiki vəziyyətdə əhali sayı 7 milyardı ötərək, 8 milyarda çatır və hesablamalara görə, 2050-ci ildə ikiqat artaraq, 14-15 milyard təşkil edəcək. Bununla da, gələcəkdə bizim hansı faciələrlə qarşılaşacağımızı düşünmək belə istəmirəm.

Dünya 7 milyarddan çox əhalini təbii qida ilə  təmin edə bilmədiyi üçün  iki daşla bir quş vurur. Əhaliyə geni dchr("39")yişdirilmiş məhsullar yedirdərək həm qarnını doyuzdurur, həm də yedirdiyi məhsullarla süni şəkildə müxtəlif xəstəliklər törədib, yer kürəsinin əhalisinin sayının azaltmağa cəhd edir. Təkcə xəstəliklər olsa, dərd yarı... Bu süni qidalardan insanların nə hala gəldiyini görmək heç də çətin deyil. Geni modifikasiya olunmuş yeməklər insanları robotlaşdırır, aqresivləşdirir, cinayətə daha meyilli edir, amma elə meyilli edir ki, heç ruhu incimir. Ruhu sadəcə birdəfəlik xəstələnir...

Belə deyək, qarınlar doysun deyə, ciblər doysun deyə, əhali artımının qarşısı alınsın deyə, təbiətə və burada  olan istənilən canlını ələ salmağa, zülm etməyə hazırıq!

Bütün bəşəriyyəti Yaradan arını elə proqramlaşdırıb ki, o, uçaraq  hər çiçəkdən  toz alıb, bal istehsal eləsin. Gör vəziyyət necə gətirib ki, arıya şəkər yedirdir, onu da saxtakarlığa, tənbəlliyə düçar edirik. İnsanlıq bax budur!

İslam fəlsəfəsi bəs nə deyir?

İslami fəlsəfə həyatda ağlınıza gələcək hər bir şeyin- azlıq və çoxluğun əleyhinədir. İslami fəlsəfə demoqrafik artım yarışını da qəbul etmir. İslam cahil, savadsız bir toplumun hansı faciələrə yol açacağının aydın şəkildə izahını verib. İllərdir beynimizə bu tip anlayış yeridilib ki, Allah nə qədər uşaq verərsə, bir o qədər yaxşıdır. Həmişə: "Uşaqla bərabər Allah onun ruzisini də verir" demişik və bunu nəsildən nəsilə təlqin etmişik. Maraqlısı odur ki, bu yanlış təfəkkür forması bir çox müsəlman dövlətlərində mövcuddur...

İslam anlayışında Yaradan nəinki insanın, hətta hər bir heyvanın da ruzisini verir. Məgər hər bir mənada insan olmaq üçün ruzi kifayətdirmi? Yanlış anlamayın, mən abortların tərəfdarı deyiləm, zatən islamda da bu cür hallar təqdir edilmir və cinayət sayılır. İslam fəlsəfəsi planlı uşaq dünyaya gətirməyin tərəfdarıdır. Hətta vaxtilə son peyğəmbərimiz də bu ideyanı təbliğ edib.

Dünyaya nəzər yetirin. 99 faiz hallarda rekordu keçən çoxəhalili ölkələrdə cahillik, savadsızlıq, işsizlik, aclıq, natəmizlik hökm sürur. Bununla yanaşı, rekord həddə atmosfer çirkliliyi də məhz elə bu ölkələrdədir. Çin, Pakistan, Əfqanıstan, Malaziya, İran, Hindistan, Afrika ölkələrinə bir baxın...Sadaladığımın əksəriyyəti də elə müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdir...Siz "pulcuqsuz balıq haramdır" deyib, bir-birinizin ətini yeyin...Onsuz sizin işinizi bir yolla həll edəcəklər deyib keçirəm...Bu izahımdan sonra islam fəlsəfəsinin yürütdüyü  həyat aksiomlarının necə düzgün olduğunu hiss edə bilirsizmi?

Bu yaxınlarda Hindistanla bağlı bir video rastıma çıxdı və mən sözün əsl mənasında şok oldum. Qarşılaşdığım iki dəhşətli mənzərə belə idi. 65 metr hündürlükdə olan Qazipur zibilliyi. El arasında bu zibillikdən meydana gəlmiş dağa "Everest"də deyirlər və hər gün bu əraziyə 2000 tona yaxın tullantılar atılır. Bu dinamika dəyişməzsə, 1 ilə zibillik dağının hündürlüyü Tac-Mahal mavzoleyini belə ötüb keçəcək...

Digər gördüyüm dəhşət isə Hindistanın ciddi şəkildə təmiz içməli su çatışmazlığı ilə bağlıdır. Deməli bu ölkədə əksər ictimai tualetlərdə sidik axıntıları üçün xüsusi çənlər qoyulub. Bu çənlərdəki sidik xüsusi qurğulara axıdılır, bu qurğu sidiyi tam təmizləyir və onu içməli su halına çevirir...Görürsünüzmü, həddən artıq lazımsız böyüyən cahil toplum, sidik içməyə belə məhkum və hətta razıdır...

Qurani-Kərimdə hər bir şey o qədər zərgər dəqiqliyi ilə ölçülüb-biçilib ki, hətta 100 il sonraki icadlar belə kölgədə qalacaq. Yapon alimləri bu kitabla tanış olduqdan sonra deyib ki, Karl Marks bu kitabı oxumuş olsaydı, "Kapital"ı yazmazdı...

Qurani-Kərimdə Allah-Təala buyurub ki, zəlzələlər olmasın deyə biz dağları yaratdıq. Bu o deməkdir ki, dağların mövcudluğu irimiqyaslı zəlzələlərin qarşısını alır. Bəs insan nə edir? Yüz illərdi ki, dəyərli daş-qaş axtarışına çıxıb, şaxtalar qazır və ya tikinti materialların hazırlanmasında dağları oyub azaldır, məhv edir...

Zəlzələ demişkən, Metsamordakı Atom Elektrik Stansiyasının taleyi necə olacaq? Avropa bu atom stansiyasının bağlanması üçün 100 milyon dollar təklif edib.  Ermənistanın təklif edilən məbləğın az olduğunu iddia edərək, rədd cavabı verməsinin arxasında hansı qüvvələr durur və nəyə görə bu işdə bu qədər maraqlıdır? Yeri gəlmişkən, o stansiya tektonik bölgədə yerləşdiyindən hər ən süni və ya təbii şəkildə zəlzələ baş verərsə, təbiət və insanlıq ikinci səfər Çernobıl faciəsini yaşamağı qaldıra bilərmi? Bu asta-asta işləyən saatlı bomba həmçinin Azərbaycana da təhlükə saçır...Biz bəs qədər faciə yaşadıq, bir daha yaşamaq istəmirik...

Dəhşətli proznozların astanasında...

İqlim dəyişikliyi üzrə Hökumətlərarası komissiyanın hesabatında dünyada baş verə biləcək fəlakətdən qaçılmaz  3 ən qaynar nöqtə açıqlanıb. Bu Banqladeş, Vyetnam və Misirdir. Ən kritik vəziyyət Banqladeşdədir.Ölkə demək olar ki, düzənlikdən ibarət olub, dəniz səviyyəsilə eynidir və bu ölkə hər an böyük sel fəlakətilə üz-üzə qalaraq, yer üzündən silinə bilər. Son illərdə müşahidə olunan inkişaf və uğurlara baxmayaraq, bu ölkə hələ də dünyanın ən kasıb ölkələri arasında yer alır və bununla bərabər sahəsinə görə sıx əhalili dövlətlərdən biridir (Banqladeşin əhali sayı 161 milyondur  və ərazisi Rusiyadan 120 dəfə kiçikdir. Sahəsi daha az olub və daha çox əhali sıxlığı yaşayan bir ölkənin hansı fəlakətlərə, insan itkisinə gətirib çıxaracağını özünüz düşünün).

2003-cü ildə Pentaqonun sifarişi əsasında "Global Business Netwok"un apardığı təhqiqatlar onu göstərdi ki, hazırda baş verən qlobal istilişmə prosesi, ən pis halda Yer kürəsində qlobal xaosa gətirib çıxara bilər.Təbii fəlakətə məruz qalmış milyonlarla qaçqın qurtuluş üçün qonşu ölkələrin dövlət sərhədlərini keçərək bu dövlətlərə üz tutacaq və bu ölkələr öz statusunu itirərək süquta uğrayacaq. Nəticədə də xaos, etirazlar, qarışıqlıq və aclıq hökm sürəcək. Bu cür yarana biləcək böhran situasiyanın və milyonlarla biçarə insanın digər ölkələrə hücumunun qarşısını almaq üçün nüvə silahının istifadəsi qaçılmaz ola bilər.Bir qədər əvvəl, islam fəlsəfəsinə dayanaraq, həddindən artıq insan sıxlığının hansı faciələrə yol açacağını,hətta verdiyi proznozlarda öz əksini tapdığını yazdıq. İslam fəlsəfəsinə görə, bu, qiyamətin elə özüdür.İnsan əli ilə yaradılan qiyamət...Bu qiyamətin var olacağını Qurani-Kərim dəfələrlə təkrarlayır. Lakin insanlıq bu qiyaməti başqa cür anlayıb, başqa cür qələmə verir, dünyanın daima var olacağını iddia edir və bununla da özünə təskinlik verir.

Mövcud vəziyyətin kritik həddə olmasına baxmayaraq, alimlər iddia edir ki, mövcud problemi nisbətən aradan qaldırmaq hələ də gec deyil. Atmosferə atılan zəhərli qaz tullantıları texniki deyil, əsasən iqtisadi və siyasi bir problemdir.Bir ölkənin iqtisadi durumu yaxşılaşdıqca, ölkə büdcəsi artdıqca, havaya buraxılan karbondioksidin də faiz dərəcəsi artır.Misal üçün, dünyada atmosferə buraxılan zərərli qazların 25 faizi ABŞ dövlətinin payına düşür. Lakin 2009-cu ildə Çin ciddi iqtisadi yüksəliş mərhələsini yaşadığı üçün bu göstərilən faiz dərəcəsində ABŞ-ı keçdi və məhz bu səbəbə görə, inkişaf etmiş dövlətlər baş verən global istiləşmə ilə bağlı bir tədbir görməyə tələsmir, çünki onlar çox gözəl bilirlər ki, bu mübarizəyə qoşulsalar, onların iqtisadi vəziyyəti geri gedərək, çökə bilər... Söhbətimizi bitməmiş sayaq, çünki problem hələ çox qlobaldı...

Aysel Oğuz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31