Ağrı, yaddaş, diqqət pozulması, depressiya....
4 İyul 2019 12:55 Sosialİnsan orqanizmi elə mürəkkəb mexanizmdir ki, orda hər hansı element çatışmadıqda, sistemdə geriləmə başlayır. İnsanlara elə gəlir ki, yağ yemək zərərlidir, bədənə yağ lazım deyil, xüsusilə, qadınlar bunu piylənməyə, köklüyə bağlayıb, yağdan imtina edir. Bu isə orqanizmdə yağ defisiti yaradıb,bir çox pozulmalara səbəb olur. Medicina.az-a istinadən orqanizminizdə yağ çatışmazlığını göstərən əlamətləri təqdim edirik.
Daim aclıq hissi, qarşısı alınmaz iştaha:-- Məhz yağlar, xüsusən doymuş yağlar aclıq hissini nəzarətdə saxlayır. Yağ çatışmazlığı insanda toxluq hissini öldürür, o daim ac olduğunu düşünüb, çox yeyir. Çoxları dieta zamanı yağsızlıqdan əziyyət çəkdiyi üçün aclıq hiss edir, ona görə dietanı pozaraq, yeməyə qayıdır. Beləcə, insan daim bu problemin əsirinə çevrilir. Yağ həm də qanda qlükozanın səviyyəsini saxlayır ki, bu da arıqlamağa və az yeməyə təkan verir
Quru, cansız, solğun dəri:--Sağlam dəri təmiz, parlaq, işıqlı olmalıdır. Quru,solğun, parlaq olmayan dəri orqanizmdə faydalı yağların çatışmadığını göstərir. Ona görə qoz, fındıq, kətan yağı, balıq yağı və avokado yeməlisiz. 15 gün sonra nəticəni görəcəksiz.
Qırılan nazik dırnaq və saçlar:-- Yağsız qidalar, pəhrizlər saçlara, dırnaqlara, sümüklərə zərbə vurur
Soyuq və titrəmək:-- İsti aylarda da titrəmək, əl-ayağın buz olması, soyuq hiss etmək o deməkdir ki, orqanizmdə kəskin yağ defisiti var. Məhz yağlar orqanizmin istilik sistemini tənzimləyir
Yorğunluq, halsızlıq:-- Səhər tezdən yorğunluq, bir iş görməmiş halsızlıq o deməkdir ki, qanında qlükoza bir normada qalmır, qalxır, enir. Bunun üçün də yağ lazımdır.
Diqqət və yaddaş pozğunluğu:-- Gündəlik yağ norması qəbul olunmadıqda, beyində proseslər pozulur, müəyyən geriləmə başlayır. Çünki beyinə də yağ lazımdır
Əsəbilik, depressiya, nevroz:-- Səni hər kiçik şey özündən çıxarır. Hər gün qəm-kədərə bürünüb, ağlamaq istəyirsən? Yata bilmirsən? Deməli faydalı yağlar yemək zamanıdır
Görmənin zəifləməsi:-- Balıq yağı, Omeqa 3 görmə üçün vacibdir.
Səbəbsiz ağrılar, oynaq ağrıları:-- Artrit və artrozun yaranmasını istəmirsənsə, yağlarla dostlaş.
Hormonal pozulmalar:-- Cinsi hormonların azlığı yağsız qidalanmanın nəticəsidir. Yağsızlıq menstrual tsikli pozur, hamilə qalmağa mane olur.
Bəs yağ dedikdə nə nəzərdə tutulur:-- Faydalı yağ qoz, fındıq, araxis, tumlar, zeytun, avokado, quyruq yağı, kərə yağı, kokos yağı, balıq yağı və yağlı balıq növlərindədir. Bunları mütləq menyuya daxil edin.