Bakı Sərnişin Stansiyasına yeni rəis təyin edildi
Bakı Sərnişin Stansiyasına yeni rəis təyin edildi
15 May 2019 16:30 SosialAzərbaycan Dəmir Yolları QSC-nin (ADY) Bakı Sərnişin Stansiyasına yeni rəis təyin edilib.
İndiyə qədər ADY-nin Sərnişindaşıma departamentinin baş mühəndisi olan Ramin Abdullayevdir.
O, yeni vəzifəsində ötən ilin oktyabr ayında vəfat etmiş Nizaməddin Eminovu əvəz edib.
Qeyd edək ki, R.Abdullayev Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi münasibətilə "Tərəqqi" medalı ilə təltif olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31