Əcnəbi turistlərin Azərbaycana marağı artıb

Əcnəbi turistlərin Azərbaycana marağı artıb

"Son illərdə Azərbaycanın ayrı-ayrı bölgələrində müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, otellərin inşası, yol-nəqliyyat infrastrukturunun yaradılması həm xarici, həm də yerli turistlərin bölgələrimizə marağını artırıb". Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. H.Rəcəbli bildirib ki, bunun nəticəsində ötən il Azərbaycana dünyanın müxtəlif ölkələrindən 2,8 milyondan çox turist gəlib: "Azərbaycanda turizmin inkişafı üçün mükəmməl imkanlar mövcuddur və bu gün həmin imkanlardan kifayət qədər istifadə edilir. Əldə edilən nəticələr, ölkəmizə gələn turistlərin sayının ildən-ilə artması da onu göstərir ki, bu istiqamətdə dövlət və özəl sektorun apardığı birgə siyasət öz səmərəsini verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31