Maşının motorundan ilan çıxdı -VİDEO
15 May 2019 15:11 SosialSürünən heyvanın uzunluğu 3 metr olub
Avtomobilin kapotunu açan sürücü gördüklərindən heyrətə gəlib. Avtosfer.az-ın "Star" qəzetinə istinadən verdiyi məlumata görə, Tailandda gənc sürücü kapotu açdıqdan sonra avtomobilin motor hissəsində canlı ilan görüb.
Əlləri ilə sıxışıb qalmış ilanı çıxardan sürücü gözlərinə inana bilməyib. Sürünən heyvanın uzunluğu 3 metr olub. İlan çıxarıldıqdan sonra torbanın içinə qoyulub.
Bu video sosial şəbəkələrdə 200 mindən çox insan tərəfindən paylaşılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31