Deputatımız TÜRK PA-nın tədbirinə qatılacaq
Deputatımız TÜRK PA-nın tədbirinə qatılacaq
15 May 2019 13:06 SosialMilli Məclisin deputatı Sevinc Hüseynova Türkdilli Ölkələrin Parlament Assambleyasının Sosial, mədəni və humanitar məsələlər komissiyasının 7-ci iclasda iştirak etmək üçün mayın 15-də Türkiyənin paytaxtı Ankara şəhərinə səfərə gedəcək. MM-dən "Olaylar"a verilən məlumata görə, tədbirdə "BMT-nin Dayanıqlı İnkişaf Hədəfləri çərçivəsində gender məsələləri. TÜRKPA-ya üzv ölkələrdə müasir ailələrin mədəni kimliyi" (qanunvericilikdə perspektivlər) mövzusunda hesabat dinləniləcək, tövsiyə qərarı qəbul ediləcək, komissiyanın 8-ci iclasının yeri, vaxtı, və gündəliyi təyin ediləcək. Deputatımız, habelə, TÜRKPA-nın 10 illik yubileyi münasibətilə Türkiyə Böyük Millət Məclisində təşkil olunmuş fotosərgi və TÜRKPA-nın 10-cu ildönümü medallarının təqdimetmə mərasimlərinə qatılacaq. Səfər mayın 17-də başa çatacaq.