7 gün əvvəl atasını itirən Kərim: "Məsti-xumar oldum" "Məsti-xumar oldum"

7 gün əvvəl atasını itirən müğənni Kərim Abbasov paylaşımı ilə təəccübləndirib. 

Axşam.az-ın məlumatına görə, sənətçi çimərlikdə şəkillər çəkdirərək İnstaqram hesabında yerləşdirib. Fotoların bəzilərində isə Kərim koftasını soyunaraq, yarıçılpaq poz verib.

Müğənni paylaşımına "Havadan məsti-xumar oldum. Allah tutulan orucları qəbul etsin. Bizimkilər də onun içində" sözlərini yazıb.

Qeyd edək ki, atası dünyasını dəyişdikdən 2 gün sonra dəvətə qatılan Kərimin mahnı oxuyarkən videosu yayılmışdı. Sənətçi onu tənqid edənlərə  "Atamın yasına gələnlərin qarşısına çıxmalı, ailəmi dolandırmalıyam" cavabını vermişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31