Bakıda meymun onunla şəkil çəkdirən gəncin qulağını qopardı
15 May 2019 10:43 SosialBakıda şəkil çəkdirmək istəyən şəxsin qulağını meymun dişləyib. Hadisə Nizami küçəsində baş verib.
Olaylar.az-in ONA-ya istinadla verdiyi məlumata görə, 23 yaşlı Məmmədov Emil Şamxal oğlu meymunla şəkil çəkdirib. Bu zaman meymun onun sol qulağını dişləyərək bir hissəsini qoparıb.
Yaralı gənc 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun qulağı cərrahi əməliyyatla tikilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31