102 dövlət əmlakı özəlləşdirməyə çıxarıldı

102 dövlət əmlakı özəlləşdirməyə çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən göstərilən hərrac xidmətlərində vətəndaşların fiziki iştirakına ehtiyac qalmır. Hər kəsin olduğu məkanı tərk etmədən dövlət əmlaklarının özəlləşdirməsində iştirakı təmin edilir. İnternet üzərindən seçim və sifariş prosedurlarının yerinə yetirilməsi, o cümlədən hərracda onlayn iştirak imkanları rahatlığı təmin edir, vaxt itkisini aradan qaldırır.Komitədən "Olaylar"a bildirilib ki, keçirilən hərraclara çıxarılan dövlət əmlakları yerləşdiyi ərazi, sahə, təyin olunan hərrac qiyməti və digər xüsusiyyətlər baxımından müxtəlifdir. Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri iyunun 11-i keçiriləcək. Fərqli sahələr üzrə ümumilikdə 102 dövlət əmlakı budəfəki hərraca çıxarılıb. Qeyd edək ki, onlardan 40-ı kiçik dövlət müəssisə və obyekti, 19-u qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyəti, 14-ü nəqliyyat vasitəsi, 6-sı isə yarımçıq tikilidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31