Səhiyyə Nazirliyinin məsul şəxsləri vətəndaşları qəbul edəcək

Səhiyyə Nazirliyinin məsul şəxsləri vətəndaşları qəbul edəcək

Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndələri tibb müəssisələrində vətəndaşların qəbulunu davam etdirir. Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən "Olaylar"a bildirilib ki, yerlərdə vətəndaşların şikayət, təklif və problemlərinin öyrənilməsi məqsədi ilə 17.05.2019-cu il tarixində səhiyyə nazirinin müavini Elsevər Ağayev Şamaxı Mərkəzi Rayon Xəstəxanasında Şamaxı və Qobustan sakinlərini, səhiyyə nazirinin müavini Rahim Əliyev 17.05.2019-cü il tarixində Göyçay Mərkəzi Rayon xəstəxanasında sakinləri qəbul edəcək. Qəbula yazılmaq istəyən vətəndaşlardan Şamaxı və Göyçay MRX-da qeydiyyatdan keçmələri xahiş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31