İlahiyyat İnstitutu “DOST süfrəsi” aksiyasına qoşuldu
İlahiyyat İnstitutu “DOST süfrəsi” aksiyasına qoşuldu
13 May 2019 13:43 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan "DOST süfrəsi" aksiyasına Azərbaycan İlahiyyat İnstitutu da qoşulub. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, iftar süfrəsi ətrafında bir qrup əlilliyi olan şəxs və şəhid ailələrinin üzvləri ilə görüş keçirilib. Səmimi, mehriban ünsiyyət mühitində yaddaqalan görüşdə Uca Tanrıdan xalqımıza firavanlıq, ölkəmizə sülh və əmin-amanlıq arzulanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31