Vilayət Eyvazov: “Uşaqların insan alveri qurbanına çevrilməməsi üçün tədbirlər nəzərdə tutulur”

Vilayət Eyvazov: “Uşaqların insan alveri qurbanına çevrilməməsi üçün tədbirlər nəzərdə tutulur”

İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator Vilayət Eyvazov insan orqanlarının qanunsuz satılması və hostellərdən əxlaqsızlıq yuvası kimi istifadə məsələlərinə münasibət bildirib. "Olaylar" xəbəbr verir ki, koordinatorun sözlərinə görə, Azərbaycanda 14 qurum bizimlə birlikdə insan alverinə qarşı mübarizə aparır. Bu sırada Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və digər qurumlar var.V.Eyvazov deyib ki, 453 uşağın insan alveri qurbanı olması təsdiqini tapmayıb: "Uşaqların insan alveri qurbanına çevrilməməsi üçün tədbirlər nəzərdə tutulur. Azərbaycandan 2005-ci ildən bu yana 3 qanunsuz insan orqanının qanunsuz satılması faktı qeydə alınıb. Bu, insan alverinin bir formasıdır və nəzarətdə saxlanılır. Bəzən böyrəklərin, digər orqanların qanunsuz satılması barədə xəbərlər yayılır. Bu xəbərlər yoxlanılır və onların heç bir əksini tapmayıb".

Milli Koordinator bəzi uşaqların təəssüf ki, dilənçiliyi peşə seçdiyini bildirib: "Azərbaycan bu sahədə daha ciddi işlər görülüb". V.Eyvazov hostellərlə bağlı məsələyə də münasibət bildirib: "Sahibkarlıq obyektlərinin yoxlanılması ilə bağlı qanunvericilikdə məhdudiyyət var. İnzibati deyil, maarifləndirici yollarla bu problemin aradan qaldırılmasına nail ola bilərik".

İnsan alveri ilə bağlı 13 cinayətkar qrup zərərsizləşdirilib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31