İnsan alveri ilə bağlı 13 cinayətkar qrup zərərsizləşdirilib

İnsan alveri ilə bağlı 13 cinayətkar qrup zərərsizləşdirilib

Milli Məclisin mayın 3-də  keçirilən plenar iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatı dinlənilib. "Olaylar" xəbər verir ki, hesabatı Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov təqdim edib. O, bildirib ki, ötən il həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 144 insan alveri, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 35 cinayət qeydə alınıb, 28 nəfərdən ibarət 13 cinayətkar qrup zərərsizləşdirilib, axtarış elan olunmuş 51 təqsirləndirilən şəxsdən 66,6 faizi və ya 34-ü tutulub.

98 insan alveri qurbanı müəyyən edilib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31