305 000-dən çox müxtəlif cinsli ağac tingi paylanılıb
305 000-dən çox müxtəlif cinsli ağac tingi paylanılıb
30 Aprel 2019 17:12 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Bu yaz özün bir təbiət yarat" devizi altında keçirilən yaz ağacəkmə kampaniyası başa çatıb.
Olaylar.az xəbər verir ki, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması, ağac əkilməsinin təşviqi məqsədilə keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində Nazirliyin əməkdaşlarının, rayon icra hakimiyyətlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə meşə və qeyri meşə fondu ərazilərində ümumilikdə 863 000-dən çox iqlimə və relyef şəraitinə uyğun müxtəlif cinsli ağac əkilib.
Ayrı-ayrı vətəndaşlara, icra hakimiyyətlərinə, məktəblərə, bağçalara və
digər təşkilatlara 305 000-dən çox müxtəlif cinsli ağac tingi paylanılıb.
Əkilən və paylanılan ağac tingləri ETSN-nin Azəryaşlandşaft ASC və
Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.