Sürücülərin peşəkarlığının, bilik və bacarıqlarının artırılması üçün sürmə təlimi dərslərinə start verilir

Sürücülərin peşəkarlığının, bilik və bacarıqlarının artırılması üçün sürmə təlimi dərslərinə start verilir

Azərbaycanın ilk "Nəqliyyat Təlim-Tədris Mərkəzi" MMC tərəfindən sürücülərin peşəkarlığının, bilik və bacarıqlarının artırılması üçün ekstremal şəraitdə sürmə təlimi dərslərinə start verilir. "OLAYLAR"-a daxil olan məlumata görə, "Driftket avadanlığı qoşulmuş avtonəqliy¬yat vasitələri ilə ekstremal şəraitdə sürmə təliminin keçirilməsinə dair hazırlığın" plan və proqramı əsasında keçirilən kurslara müdavimlər¬in cəlb edilməsi prosesinə 1 may tarixindən start veriləcək.

Kurslara 19 yaşı tamam olan şəxslər dəvət edilir.

Nəzəri dərslər və sürmə təlimi olmaqla kurslar 10 günlük müddəti əhatə edəcək. Tədris əyani vəsaitlərlə, avadanlıqlarla təchiz edilən tədris kabinetlərində  təcrübəli, peşəkar müəllim və təlim ustalarından ibarət heyətlə təşkil olunacaq.

Məşğələlər başa çatdıqdan sonra  nəzəri və praktik yoxlamadan keçən sürücülərə sertifikatlar təqdim ediləcək.

Qeyd edək ki, yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələri, hərbi avtomobil müfəttişliyi və feldyeger rabitəsi orqanı, inkassatorlar, qiymətli yüklərin daşınması, milli operatora məxsus olan və poçtdaşımasında istifadə edilən, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilən avtomobillərin sürücüləri üçün qeydiyyat zamanı müvafiq güzəştlər tətbiq ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31