Deputat hakimlərin ömürlük seçilməsini təklif etdi

"Vətəndaş cəmiyyəti üçün elektron məhkəmə informasiya sistemi"nin təqdimatı ilə bağlı bu gün Sabunçu məhkəməsində keçirilən tədbirdə maraqlı təkliflər səsləndi. Lakin bu sistemin tətbiqi ilə məhkəmə ədalətinə güvən nə dərəcədə artacaq? Əslində bu sistemin tətbiqinə statistik prizmadan yanaşılanda bu sualı cavablandırmağa lüzum qalmır. Lakin məhkəmə ədalətinə inamı qaytarmaq istəyiriksə, o halda Amerika kəşf etməyə gərək qalmır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Fazil Mustafanın sözlərinə görə, yeganə addım hakimlərin real müstəqilliyi, ömürlük seçilməsi və ölkədə ən yüksək maaşla təmin olunmasıdır. Bu halda hakim öz şərəf və ləyaqətini hər şeydən uca tutacaq və neqativ davranışlara ictimai qınağı göz önünə gətirərək əsasən yol verməyəcək. Yol verərsə, cəmiyyətdə ən etibarsız şəxsə çevriləcəkdir. Məhkəmə çəkişməsi prosesində tərəflərin müstəqilliyinə təminat verilməlidir. İnkişaf etmiş ölkələrdə hakim proses zamanı nadir hallarda sual verir və ya epizodlara münasibət bildirir. Bu işi çəkişmə subyektlərinin üzərinə buraxır. Dövlət ittihamçısı, müdafiəçi, zərərçəkmiş, mühakimə olunan şəxs, ekspert və s. arasında çəkişməyə yekunu obyektiv izləyicilər olan andlıar vururlar. Bizdə andlılar məhkəməsi prinsipindən intina olunduğunu görə yenə də hakimin subyektivizmi önə çıxmış olur. Bunun üzərinə bir çox hallarda kənardan gələn obyektivizm də gələndə insanlarda məhkəmə ədalətinə güvən daha da azalmağa başlayır. Bir çox hallarda insanlar düşünür ki, elektron məhkəmədənsə robot-hakim modeli daha ədalətli qərarlara təminat verə bilər. Yəni robota bütün cinayət, mülki, inzibati qanunvericiliyin detalları yüklənir və işin bütün halları nəzərə alınmaqla qərar qəbul edilir. Bu bəlkə də bir az qəribə səslənir, ancaq qərar verən insan faktoruna inam azalanda vətəndaş robota daha böyük etimadla yanaşa bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31