Azər Cəfərov: “Məhkəmələrin təxminən 60 faizindən çoxu elektron sistemə qoşulub”
Azər Cəfərov: “Məhkəmələrin təxminən 60 faizindən çoxu elektron sistemə qoşulub”
30 Aprel 2019 13:33 SosialBu ayın əvvəlində Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında imzaladığı fərmanda məhkəmələrin bundan sonrakı inkişafını təmin edəcək qanunvericilik, institusional və praktik xarakterli bir çox tövsiyələr verilib. "Olaylar" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ədliyyə nazirinin müavini Azər Cəfərov deyib. Nazir müavini əlavə edib ki, bu tövsiyə və tapşırıqların içərisində Azərbaycanda ədalət mühakiməsinin rəqəmsallaşdırılması işinin daha da genişləndirilməsi, bütövlükdə bu prosesin daha da təkmilləşdirilməsi barədə tapşırıq da var: "Əslində bu tapşırıq 2014-cü ildə Prezident İlham Əliyevin Azərbaycanda elektron-məhkəmə informasiya sisteminin yaradılması barədə sərəncamının davamıdır. Ötən müddət ərzində xeyli işlər görülüb. Artıq bu sistem fəaliyyətdədir və məhkəmələrin təxminən 60 faizindən çoxu və qərarları icra edən qurumların xeyli hissəsi sistemə qoşulub".
A.Cəfərov qarşıda duran mühüm vəzifələr barədə də danışıb: "Bu vəzifələrdən biri də vətəndaşlarımızı bu sistemin imkanları barədə daha ətraflı tanış etmək, onlara bu sistemdən yararlanma vərdişlərini aşılamaqdır. Hesab edirik ki, vətəndaş cəmiyyəti və KİV nümayəndələri bu işdə yardımçı ola bilərlər".