Paytaxt yollarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb
Paytaxt yollarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb
30 Aprel 2019 13:29 Sosial"Formula-1" Azərbaycan Qran-pri yarışları ilə əlaqədar yollara tətbiq edilən məhduddiyyət aradan qaldırılıb. Bakı Nəqliyyat Agentliyindən "OLAYLAR"-a bildirilib ki, bunu nəzərə alaraq istiqaməti dəyişdirilən 17 müntəzəm marşrut xətti (1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1) üzrə avtobusların əvvəlki sxem üzrə fəaliyyət göstərməsi üçün iş aparılır. Proses tədricən həyata keçirilir. 01.05.2018 tarixindən isə qeyd edilən xətlər üzrə avtobuslar tam olaraq əvvəlki sxem üzrə sərnişinlərə xidmət edəcək.
Eyni zaman da 5A adı alıtnda fəaliyyət göstərən müvəqqəti marşrut xəttinin də fəaliyyətinə xitam veriləcək və Lökbatan Dairəsi-28 may istiqamətində 125 nömrəli avtobuslar sərnişinlərə xidmət edəcək.