Mehman İsmayılov: “Gənclərimizin dini radikalizm, dini fanatizim, dini ekstremizm kimi bəlalardan qorunması vacibdir”

Mehman İsmayılov: “Gənclərimizin dini radikalizm, dini fanatizim, dini ekstremizm kimi bəlalardan qorunması vacibdir”

"Azərbaycan dünyəvi dövlətdir. Konstitusiyamıza əsasən təhsil sistemi dünyəvi xarakter daşıyır. Bu bir mənalıdır və dəyişməzdir. Lakin bu,dünyəvi təhsil çərçivəsində ali və orta məktəblərdə dini biliklərin tədris olunmasına mane deyildir. Bir çox ölkələrin, o cümlədən əksər Avropa ölkələrinin məktəblərinin dərs proqramlarında dini biliklərin müxtəlif formalarda tədrisi həyata keçirilir". Bunu "Olaylar"a deyən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bildirib ki, Ümumiyyətlə dinin tədrisi ilə bağlı bu gün dunyada əsasən üç model üzərində durulur.  Dinin təlimi (Dini öyrənmə;  Din haqqında maarifləndirmə (Din haqqında öyrənmə); Dindən öyrənmə". "Olaylar" xəbər verir ki, bunu deyən birinci model adından da göründüyü kimi birbaşa dini öyrətməklə bağlıdır: "Bu modeldə dini tədris edənin həmin dinə bağlı olması və qarşı tərəfin də dinə bağlılıqlarının artırılması məqsədi güdülür. Birinci model konfessional siyasət yürüdən ölkələrdə tədris olunur. İkinci və üçüncü modelə gəldikdə bu modellər bir-birini tamamlayır. Bu modellərə görə dini tədrisdən məqsəd şagird və ya tələbələrin din və ya dinlərin mahiyyəti barədə düzgün məlumat əldə etmələri, eyni zamanda tənqidi baxış qabiliyyəti qazanmalarıdır. Yəni, ikinci və üçüncü modellərin hədəfi qarşı tərəfin (şagird və ya tələbələrin) tənqidi baxış sayəsində din mövzusunda müstəqil dəyərləndirmə və seçim etmə bacarığı əldə etmələridir. Bu iki model bir çox ölkədə tədris olunur".

M. İsmayılov əlavə edib ki, məsələyə bu gün dünyada mövcud olan dini zəmindəki qarşıdurmalar, dinin siyasətə alət edilməsi, Yaxın Şərqdə baş verən proseslər, dini radikalların çağırışları və s. kimi prizmalardan baxdıqda,orta məktəblərdə dini biliklərin dünyəvi təhsil çərçivəsində tədris olunmasının faydalı olcağını görərik: "Hətta mən deyərdim ki, bu, dünyəvi dövlət modelinin və milli maraqlarımızın qorunması baxımından əhəmiyyət kəsb edən məsələdir. Xüsusilə də, gənclərimizin dini radikalizm, dini fanatizim, dini ekstremizm kimi bəlalardan qorunması vacibdir. Azərbaycanda orta məktəblərdə "Həyat bilgisi" fənnində dini bilikərə yer verilib. Bu fənnin kitablarında həmin biliklər dinin təlimi yox, din haqqında maarifləndirmə modelinə uyğun hazırlanıb. Lakin bu biliklər yetərsizdir və onların  genişləndirilməsinə ehtiyac var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31