Dünyada dini tədrisin hansı modelləri var?

Dünyada dini tədrisin hansı modelləri var?

"Dinin tədrisi ilə bağlı bu gün dunyada əsasən üç model üzərində durulur.  Dinin təlimi (Dini öyrənmə;  Din haqqında maarifləndirmə (Din haqqında öyrənmə); Dindən öyrənmə". "Olaylar" xəbər verir ki, bunu deyən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bildirib ki, birinci model adından da göründüyü kimi birbaşa dini öyrətməklə bağlıdır: "Bu modeldə dini tədris edənin həmin dinə bağlı olması və qarşı tərəfin də dinə bağlılıqlarının artırılması məqsədi güdülür. Birinci model konfessional siyasət yürüdən ölkələrdə tədris olunur. İkinci və üçüncü modelə gəldikdə bu modellər bir-birini tamamlayır. Bu modellərə görə dini tədrisdən məqsəd şagird və ya tələbələrin din və ya dinlərin mahiyyəti barədə düzgün məlumat əldə etmələri, eyni zamanda tənqidi baxış qabiliyyəti qazanmalarıdır. Yəni, ikinci və üçüncü modellərin hədəfi qarşı tərəfin (şagird və ya tələbələrin) tənqidi baxış sayəsində din mövzusunda müstəqil dəyərləndirmə və seçim etmə bacarığı əldə etmələridir. Bu iki model bir çox ölkədə tədris olunur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31