Təhlükəli çimərliklər bağlana bilər

Təhlükəli çimərliklər bağlana bilər

Çimərlik mövsümünə hazırlıq məqsədi ilə Nabran istirahət zonasında sahil boyu dəniz suyunun müayinəsinə start verilib. 

Milli.Az xəbər verir ki, sahil boyu müxtəlif çimərlik ərazilərindən nümunələr götürülür. 

Laboratoriyalarda aparılan müayinələr zamanı suyun bakterioloji tərkibi öyrənilir. Dəniz suyundan götürülən nümunələrdə bağırsaq çöplərinin insan orqanizminə mənfi təsir edəcəyi səviyyədə olan çimərliklər bağlanacaq.

Daniz suyunun müayinəsi çimərlik mövsümü bitənə qədər ayda iki dəfə aparılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31