İslam Həmrəyliyi İdman Federasiyasının Koordinasiya Komissiyasının iclası keçirilir

Türkiyənin Konya şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının Koordinasiya Komissiyasının iclası öz işinə başlayıb.

Türkiyənin Konya şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının Koordinasiya Komissiyasının iclası öz işinə başlayıb. "OLAYLAR"-a Milli Olimpiya Komitəsindən bildirilib ki,  tədbirdə İslam Həmrəyliyi İdman Federasiyasının və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edir.

Tədbirdə İHİF-in prezidenti Şəhzadə Abdulaziz bin Turki ALFAİSAL, vitse-prezidentlər Hamad Kalkaba Malboum, Ahmed Seyed Fouly, Nihat Usta və qurumun digərlər üzvləri iştirak etmişdir. İclas çəçivəsində 2021-ci il İslam Həmrəyliyi Oyunlarının təşkilatçısı seçilmiş Konya şəhərinin hazırliq prosesi müzakirə olunacaqdır.

Xatırladaq ki, 2021-ci il İslam Həmrəyliyi Oyunlarının həyata keçirəcək ölkənin adı İHİF-in Baş Assambleyasında müəyyən olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31