Bakıda şadlıq evi cərimələndi - FOTO

Bakının Nizami rayonu ərazisində keçirilən reyd zamanı Babək prospektində yerləşən "Piano palas" şadlıq sarayının yaxınlığında məişət tullantılarının zibil konteynerlərinin ətrafına atılaraq ərazidə natəmizlik və antisanitar vəziyyətin yaradılması aşkar edilmişdir.

Bakının Nizami rayonu ərazisində keçirilən reyd zamanı Babək prospektində yerləşən "Piano palas" şadlıq sarayının yaxınlığında məişət tullantılarının zibil konteynerlərinin ətrafına atılaraq ərazidə natəmizlik və antisanitar vəziyyətin yaradılması aşkar edilmişdir. Araşdırma zamanı məişət tullantılarının bura "Piano palas" şadlıq sarayının işçiləri tərəfindən atıldığı müəyyən edilib.

Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, görülən tədbirlər nəticəsində ərazidə təmizlik yaradılmış, pozuntulara yol vermiş şadlıq sarayının məsul nümayəndəsi Ruslan Əkbərov cərimələnib, obyektin sahibinə ciddi xəbərdarlıq edilib.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bu gün şəhərimizin təmizliyi, abadlığının lazımı səviyyədə saxlanılması üçün çox böyük işlər görülür. Lakin təəssüf olsun ki, bəzi insanlar buna biganəlik göstərirlər. Şəhərin təmizliyinin qorunması üçün bu reydlər hər gün keçiriləcək və paytaxtımızın sanitar vəziyyətinə xələl gətirənlər, o cümlədən belə işlərə rəvac verən ictimai-iaşə və digər obyektlərin sahibləri və məsul şəxslərinə qarşı ən ciddi cəza tədbirləri görüləcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31