“Jibek Jolu” sərgi-yarmarkası çərçivəsində “Azərbaycan mədəniyyəti günü” keçirilib

“Jibek Jolu” sərgi-yarmarkası çərçivəsində “Azərbaycan mədəniyyəti günü” keçirilib

Bu ilin aprel ayının 25-də Qapar Aytiyev adına Qırğızstan Milli incəsənət muzeyində "Roza Otunbayeva Təşəbbüsü" beynəlxalq ictimai fondu tərəfindən təşkil olunmuş "Jibek Jolu" (İpək Yolu) sərgi-yarmarkası çərçivəsində Azərbaycan mədəniyyəti günü keçirilmişdir.

Tədbirin açılışında çıxış edən Qırğız Respublikasının sabiq Prezidenti,tədbirin təşkilatçısı fondun rəhbəri Roza Otunbayeva qeyd etmişdir ki, azərbaycan və qırğız xalqlarınındil və mədəniyyət kökləri ortaqdır. O, Azərbaycanın zəngin mədəniyyəti, adətləri və qədim tarixi haqqında sərgi iştirakçılarınaməlumat vermişdir.

Sonra iki respublikanın dövlət himnləri səsləndirilmişdir.

Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyin təşkilatçılığı və diasporamızın iştirakı ilə hazırlanmışsərgi-yarmarkada ölkəmizdən bəhs edən stendlər, Azərbaycanın turistik xəritəsi, tarixi abidələri, memarlıq nümunələrivə digər diqqətə layiq tikintilərin fotoşəkilləri təqdim olunmuşdur.Həmçinin, sərgi-yarmarkada milli geyimlər, xalqımızın ənənəvi məişət əşyaları, kitablar, jurnallar,ölkəmiz haqqında video çarxlaryer almışdır. Sərginin iştirakçıları Azərbaycan ekspozisiyasını böyük maraqla izləmişlər. 

Azərbaycan mədəniyyəti günü çərçivəsində geniş konsert proqramı təqdim olunmuşdur.İzləyicilərə milli rəqs və musiqi, Azərbaycan bədii filmləri və multiplikasiya filmləri nümayiş olunmuş, nağıllar və şerlər oxunmuşdur, ölkəmizin mədəniyyətimizi tanıtmaq məqsədilə müxtəlif müsabiqələr və viktorinalar keçirilmişdir.

Sərgi Qırğızstan tamaşaçılarındada böyük maraq doğurmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31