Energetika naziri Şirvanda vətəndaşları qəbul edib

Energetika naziri Şirvanda vətəndaşları qəbul edib

Energetika naziri Pərviz Şahbazov aprelin 29-da Şirvan şəhərində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialının inzibati binasında vətəndaşları qəbul edib. "OLAYLAR" xəbər verir ki, nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Şirvan, Hacıqabul, Salyan və Neftçala rayon sakinləri iştirak edib. Vətəndaşların müraciətləri elektrik enerjisinə görə yaranan borcun silinməsi, elektrik sayğacının quraşdırılması, qaz sayğacının sındırılması ilə əlaqədar yazılmış cərimənin silinməsi, təbii qazın illik istehlak limitinin artırılması, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, işlə təminat və digər məsələlərlə bağlı olub.

Energetika naziri hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçünnazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verib.

Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbula gələn digər şəhər və rayonlardan olan vətəndaşların müraciətləri də dinlənilib, operativ həlli üçün lazımi tədbirlər görülüb.

Ümumilikdə qəbulda 30-dan çoxvətəndaşın  müraciətinə baxılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31