Dünya çempionumuz məşhur xalq artistini tanımadı - FOTO

Kikboksinq üzrə dünya kəmərinin sahibi, 11 qat Azərbaycan, 3 dəfə dünya və Avropa çempionu Ramal Aslanov "İdman Azərbaycan" kanalında yayımlanan "IQ Arena" verilişinin qonağı olub.

Kikboksinq üzrə dünya kəmərinin sahibi, 11 qat Azərbaycan, 3 dəfə dünya və Avropa çempionu Ramal Aslanov "İdman Azərbaycan" kanalında yayımlanan "IQ Arena" verilişinin qonağı olub.

Veriliş ərzində bir neçə suala doğru cavab verən idmançı məşhur kinoaktyor Həsən Məmmədovu tanımayıb. "Qatır Məmməd" obrazını hansı aktyorumuz canlandırıb" sualına cavab verməli olan Aslanov köməkdən istifadə etməklə vəziyyətdən çıxıb.

Verilişin sonunda aparıcı Mümtaz Xəlilov bildirib ki, R.Aslanov güləş üzrə üçqat dünya və Avropa çempionu Hacı Əliyevdən sonra ən çox suala (9 sual) cavab vermiş idmançıdır.

milli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31