Ərəb coğrafiyaşünaslarının xəritələrində uydurma erməni toponimləri

Ərəb coğrafiyaşünaslarının xəritələrində uydurma erməni toponimləri (IV məqalə)

                                                                             (IV məqalə)

İngilis, rus  və erməni dillərində  2005-2015-ci illərdə R.Qalçyanın müəllifliyi və hay kilsəsinin himayəsi ilə  çap edilmiş  "Ermənistan dünya kartoqrafiyasında" kitabında "Ermənistan", "Ermənistan dağlıq yayalası", "Ararat zirvəsi", "erməni" toponimlərinin yer aldığı uydurma  xəritələr sırasında  orta əsrlərin məşhur ərəb coğrafiyaşünaslarının da adı çəkilmiş, onların əsərlərindən (xəritələrindən) nümunələr verilmişdir.. Guya, Əbu İsaq İbrahim bin Muhammad əl-Farsi əl-İstaxri (850-937), Əbülqasim Muhammad ibn Haykal, Əbu Abdullah Muhammad ibn Əhməd  ibn Əbu-Bəkir  əl-Müqəddəsi, ibn Abdulla Muhammad bin Abdulla bin İdris əl-Şərif əl-İdrisi (1099-1165), Əbu Fərəc (1226-1286)... və başqaları yazdıqları tarixi-coğrafi əsərlərində və tərtib etdikləri xəritələrdə yuxarıda göstərilən saxta və uydurma toponimlərə  geniş yer verilmişdir. Əslində isə bu fikirlər cəfəngiyyatla dolu  yalan mülahizələrdir və həmin müəlliflərin qiymətli əsərlərinin təhrif edilməsidir.

Orta əsrlərdə yaşamış nə xristian dünyasının səyyahları və xəritrəşünasları, nə də müsəlman aləminin mütəfəkkirləri  öz əsərlərində və xəritə nəşrlərində (əsərlərinin əslində) o dövrlərdə mövcud olmayan Ermənistan dövlətinin coğrafi məkanı  və ermənilərə məxsus toponimləri xatırlayıb, qeyd ediblər.

Fikrimizi   aşağıdakı kimi əsaslandıra bilərik.

Rusiya Elmlər Akademiyası  Slavyanşünaslıq institutunun, Ukrayna Milli Elmlər Akademiyası A.E.Krımski adına Şərqşünaslıq institutu və Beynəlxalq Solomonov Universitetinin birgə nəşri olan və yəhidi mənşəli amerikalı paleoqraf Norman Qlobun 90 illiyinə həsr edilmiş "Xəzər" almanaxının (baş redaktoru tarix elmləri doktoru, professor  O.B.Bubenok, redaksiya heyəti üzvlərindən professor P.B.Qolden (ABŞ, Vermont ştatı, Vest Vindzor şəhəri, Ratqer Universiteti) və başqaları) Moskva şəhərində 2017-ci ildə çap edilmiş 15-ci cildində baş redaktorun imzası ilə verilmiş "Bolqarlar və onların etibarı  barədə "Hudud əl-Əlam" əsərində" başlıqlı məqalədə (əsər 982-983-cü ildə qələmə alınmışdır, müəllifi məlum deyil, amma Şimali Əfqanıstanın Quzqana vilayətinin əmiri Əbul-Harisi Muhammad bin Əhməd əl Fariquna həsr edilib) Xəzər və Qara dəniz hövzələrinin coğrafi mövqeyi, bu ərazilərdə yerləşən dövlətlər və xalqların istimai-iqtisadi həyatı barədə orta əsrlər müəllifinin fikirləri təhli edilmişdir.

Haşiyə. Ayrı-ayrı illərdə və cildlərdə işıq üzü görən "Xəzər" almanaxında əsasən Bizans və müsəlman alimlərinin Xəzər. Qara və Aralıq dənizi hövzələri dövlətlərinin, onların qonşuları barədə qədim xəritə və atlas materiallarının, kitab-nəşr nümunələrinin təhlilinə əsaslanan məqalələr çap edilir. Müəlliflərin ixtisasları əsasən tarixçilər və filoloqlardır. İstifadə mənbələri Avropa ölkələrinin, Yaxın və Orta Şərq dünyasının kitabxanalarında, ali məktəb himayəsində olan, eləcə də şəxsi kolleksiyalarda saxlanılan qiymətli kitab və xəritə nüsxələri təşkil edir. Bu istiqamətdə Xarkov Beynəlxalq Slavyan Universitetinin   Xəzərşünaslıq mərkəzi də fəaliyyət göstərir.

Çox maraqlıdır ki, O.B.Bubenok yazısında orta əsrlər ərəb müəlliflərinin, hansı ki, "Ermənistan dünya kartoqrafiyasında" kitabında adları çəkilən Əbu İsaq İbrahim bin Muhammad əl-Farsi əl-İstaxrinin, Əbülqasim Muhammad ibn Haykalın, Muhammad bin Əhməd Şəmsəddin əl-Mukaddasinin, ibn Abdulla Muhammad bin Abdulla bin İdris əl-Şərif əl-İdrisinin, Əbu Fərəcin mülahizələrinə istinad edərək göstərmişdir ki, Xəzər xaqanlığının Bizans imperiyası ilə sərhəddinə kimi (indiki Anadolu yayalası da daxil olmaqla) bütün ərazilər müsəlman-türk dünyasının əhatəsində olmuşdur. Ermənilərin iddia etdiyi kim, həmin ərazilərdə heç bir erməni toponiminə rast gəlinməmiş və əsərlərdə-xəritələrdə bu haqda heç bir məlumat-qeyd verilməmişdir.  Orta əsrlərin xəritələrində ərəb kartoqrafları daha çox  Xəzər, Quzz, Arran, Şirvan, Farsi, Dəclə, Fərat, İtil,Ərəbistan... toponimlərindən istifadə etmişlər.

"Xəzər" almanaxında tarix elmləri doktoru, professor  T.M.Kalininanın "Möcüzələr kitabı"nda Kaspi, Xəzərlilər və Kuyaba (kumanlar?) düzbucaqlı xəritədə" adlı məqaləsində göstərilir ki, həmin kitabda 17 xəritə izahlı şəkildə ("Yerin təsviri") verilmişdir. Həmin xəritələrin izahında "Möcüzələr kitabı"nda  Mühammad ibn Musa əl-Xarəzminin (783-850) "Yerin şəkilləri kitabı"nda  digər kartoqrafların ("Hikmət evi" alimlərinin xəlifə əl-Məmun üçün işlədikləri  əsərlərdəki) məlumatlarından da istifadə edilmişdir. Məqalə müəllifi  qeyd etmişdir ki, Xəzər dənizi hövzəsində,Qara dəniz sahillərində, Van gölü ətrafında, Dəclə və Fərat çayları hövzəsində olan dövlətlər və xalqlar barədə ərəb dünyası alimlərinin xəritələrində zəngin bilgilər verilmiş, hətta yaşayış məntəqələrinin adları, dağ-yayla toponimlərinə geniş yer verilmişdir. Nümunə kimi göstərilən bir çox xəritələrdə "çox təəssüf ki" uydurma Ermənistan və hay qəbilə-tayfa sürüsünün ünvanına yer verilməmişdir. Amma, erməni müəllifləri həyasızcasına özləri kimi qondarma erməni toponimlərinin orta əsrlərin hətta ərəb alimlərinin əsərlərinə də köçürməkdən usanmamışlar (utanmamışlar). "Xəzər" almanaxının 2016-cı ildə nəşr edilən 14-cü cilddə T.M.Kalininanın "Xəzər xaqanının II Yustiniana məktubu" məqaləsində bu xaqanlığın (650-969) sərhədləri hüdudunda ictimai-siyasi vəziyyət, qonşuluq münasibətlərinin yaradılması və inkişafı ilə bağlı səmimi mühasibətlərin yaradılması zəruriliyi arzulanmışdır. Yenə də, qonşuların adları sırasında Ermənistan və ermənilər barədə xatırlanmaya rast gəlinməyib. Xəzər xaqanlığının xəritəsində də bu yer adları olmamışdır. Bir cəhəti də vurğulamaq lazımdır ki, orta əsrlər dövrünün ərəb və türk dünyası alimləri coğrafiya, tarix əsərlərini yazarkən, xəritə materiallarını işləyərkən etibarlı mənbə kimi həm də yunan-Bizans mütəfəkkirlərinin əsərlərinə istinad etmişlər.

Erməni müəlliflərinin müsəlman-İslam dünyasının coğrafiyaşünaslarına istinad etdikləri mənbələrin əksəriyyəti ərəb dünyasının alimlərinin əsərləri (onların həvəslə işlətdikləri  "İslam atlası" termini altında)  olmuşdur.

Onların içərisində əl-İdrisinin kitabı və xəritəsi xüsusilə vurğulanır. Bu müəllif  Siciliya adasında doğulmuş, İspaniya-ərəb Kordovasında təhsil almış və Fransa, İngiltərə, Mərakeş, İtaliya ölkələrinin və Kiçik Asiya (Anadolu) ərazilərinə səyahət etmiş, Siciliya hökmdarə II Rocerin (1093-1154) təklifi ilə onun saray kitabxanasını dəyərli kitabları ("Ölkələri gəzməkdən  yorulmuşun əyləncəsi ") və 70-ə qədər xəritələri ilə zənginləşdirmişdir. Bu xəritələr hazırda Böyük Britaniyada, London şəhər kitabxanasında saxlanılır. Həmin xəritələrin tərtibində qədim yunan alimi  K.Ptolomeyin (90-175) xəritəsindən mənbə kimi istifadə olunmuşdur, hansı ki, eramızın  əvvəllərində  də "Ermənistan", "Ermənistan dağlıq yaylası" toponimi olmadığı kimi, əl-İdrisinin xəritəsində də əsasən Aralıq dənizi hövzəsi ölkələri və Ərəbistan yarımadası haqqında qeydlər edilmişdir. Siciliyalı müsəlman alimi-səyyahı əsaən Yerin kürə formasında olması ideyasını əsaslandırmış, iqlim qurşaqlarının təsvirini vermiş, dənizsahili ölkələrin təbiəti, coğrafi mövqeyi və əhalisi haqqında eşitdiyi və gördüyü bilgiləri vermişdir. Hay-daşnak sürüsünün iddia etdiyi kimi  Əl-İdrisi  "Böyük Ermənistan", "Kiçik Ermənistan", "Ermənistanın qalan hissəsi" terminlərindən xəritəsində istifadə etməyib, çünki o, inzibati-ərazi baxımından xəritədə heç bir qeyd aparmayıb, yalnız Aralıq dənizi, Pireney, Kiçik Asiya, Ərəbistan  yarımadaları və Afrikanın şimal hissəsi (Liviya)  ərazilərini xəritəsində göstərmişdir.

Daşnak hayların istinad etdikləri müsəlman-türk mənbələrindən biri də əl-İstaxrinin "Səyahətlər və ölkələr" kitabıdır. O, coğrafi istinad kimi görkəmli alim Əbu Zeyd əl-Bəlxinin 919-cu ildə yazılmış əsərlərini  (əsasən  "Vilayətlərin təsviri"  kitabını) götürmüş, özünün İran. Ərəbistan, Suriya, Misir  ölkələrinə səyahəti zamanı əldə etdiyi məlumatlarla zənginləşdirmişdir. Qeydərində əsasən keçdiyi ərazilərdə yerləşən şəhərlər, onların təbiəti və əhalisi, təsərrüfatı və iqlimi barədə söyləmələri üstünlük təşkil edir. "İslam atlası" toplusuna daxil edilən Əl-İstaxrinin kartoqrafik təsvirlərində yalnız müsəlman-türk dünyasının ölkələri göstərilmişdir. Digər səyyah və alimin - ibn-Xaykalın əsəri isə Orta Asiyada yaşayan tayfaların (əsaən quzzların) məskunlaşdıqları əraziləri təsvirinə əsaslanmış, "böyük" və "kiçik" Ermənistan barədə heç bir məlumata yol verilməyib.

Göründüyü kimi, başda hay kilsəsi olmaqla mənfur ermənilər bütün iftira və yalanlara əl ataraq uydurma coğrafi məkanlarına dövlət adı verməyə cəhd göstərmələri yolunda bütün alçaq vasitələrə əl atmaqdan utanmır və usanmırlar.

      Qismət Yunusoğlu,

 Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.) 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31