Akademik Zərifə Əliyevanın 96 illik yubileyinə həsr olunan sərgi açılıb
Akademik Zərifə Əliyevanın 96 illik yubileyinə həsr olunan sərgi açılıb
29 Aprel 2019 14:00 SosialAMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 96-cı ildönümünə həsr olunan sərgi açılıb. Sərgidə kitabxananın fondlarında saxlanan, alimin "Görmə orqanının vərəmi", "Oftalmologiyanın aktual problemləri", "Yüksək əqidə", "Pedaqogika" (Z.Əliyeva, A.Mollayeva) və onun haqqında yazılmış "Zərifə Əliyeva biblioqrafiya", "Zərifə Əliyeva" (H.Mirələmov), "İridodiaqnostika" (R.F.Təhməzov), "Qaranlığa nur saçan zəka" (M.Seyidov) kitabları nümayiş olunur.
Olaylar.az bildirir ki,sərgidə Ümummilli lider Heydər Əliyevin və Zərifə Əliyevanın həyat və fəaliyyəti haqqında məlumatların, eləcə də iştirak etdikləri konfrans, tədbir və səfərlərin də fotolarının yer aldığı toplu nümayiş olunur. Məlumat üçün bildirək ki, sərgidə nümayiş etdirilən kitablar haqqında MEK-in elektron kataloqundan tanış olmaq mümkündür. Oftalmoloq alimin kitabları MEK-in Milli Rəqəmsal Yaddaş bazasına yerləşdirilib. MEK tərəfindən alimin həyatı və yaradıcılığı haqqında videofilm hazırlanaraq kitabxananın videodivarında nümayiş olunur.
Sərgi uzun müddət davam edəcək.
.jpg)
.jpg)