Güzəştli mənzillərin satışına başlandı
Güzəştli mənzillərin satışına başlandı
29 Aprel 2019 12:53 SosialMənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi - Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı barədə növbəti elan verilib. "Olaylar" xəbər verir ki, MİDA-dan verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 6-7 saylı binaları üzrə 22 mənzil, həmçinin 8 və 9 saylı binalarında yerləşən 132 mənzilin, ümumilikdə 154 mənzilin satışı 29 aprel 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 aprel 2019-cu il tarixi saat 23:59-dək davam edəcəkdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31