Nəsimi rayonunda aztəminatlı ailələrin göz müayinəsi təşkil edilib

Nəsimi rayonunda aztəminatlı ailələrin göz müayinəsi təşkil edilib

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96 illiyi ilə  bağlı  Nəsimi rayonunda silsilə tədbirlər davam edir. Bu dəfəki tədbir  rayon sakinlərinin pulsuz göz müayinəsi oldu. Nəsimi rayon İcra Hakimiyyətinn təşkilatçılığı ilə  rayonun müxtəlif  tibb ocaqlarında  sakinlərin  göz müayinəsi təşkil edilib. Rayon İcra Hakimiyyətindən "Olaylar2a bildirilib ki, CeLaMiG Göz Lazer Klinikasında ixtisaslı həkimlər - tibb elmləri namizədi Akif Sadıxov, uzman oftalmoloq Əhməd Abdullayev, oftalmoloq-cərrah Heyran Şirinova   tərəfindən sakinlərin  görmə qabiliyyətləri müəyyən edilib, göz dibi təzyiqinin və hansısa xəstəliyin əlamətinin olub-olması yoxlanılıb. Həkimlər görmə problemi olanlara yerindəcə müəyyən tibbi xidmət göstərib, bəzilərinə isə məsləhətlər və ambulator müalicəsi üçün müvafiq reseptlər veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31