İlahiyyat İnstitutunun tələbələri Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xidmət Müəssisəsini ziyarət ediblər

Ilahiyyat İnstitutunun tələbələri Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xidmət Müəssisəsini ziyarət ediblər

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) bir qrup tələbəsi Bakının Xəzər rayonunda yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xidmət Müəssisəsini ziyarət edib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, ziyarətin məqsədimüəssisədə yaşayan sağlamlıq imkanı məhdud  uşaqlaradəstək olmaq, aktual problemlərini öyrənmək, müvafiq yardım göstərmək, onlara cəmiyyətimizin ayrılmaz bir parçası olduğunu hiss etdirmək, həmçinin uşaqlara sevinc bəxş etmək idi.

Cəmiyyətin diqqət və mənəvi qayğıya ehtiyac duyan təbəqəsinə dəstək olmaq, onlardan qayğını əsirgəməmək hər bir ölkə vətəndaşının ümdə vəzifəsidir. Azərbaycanda kimsəsiz uşaqlara qayğı dövlət siyasətidir və ölkəmizdə uşaqların sağlam, firavan böyüməsinə, gələcəklərinin tam təmin olunmasına xüsusi diqqət ayrılır.

Məlumat üçün bildiririk ki, Azərbaycan İlahiyyat İnstitutu tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, sosial məsuliyyət vərdişlərinin və vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə müxtəlif layihələr keçirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31