“Qohumlar zəng vuranda, xoşuma gəlmir” - Gülay Zeynallı

Müğənni Gülay Zeynallı "Atv maqazin onlarla" verilişinin "Onlarla üç dəqiqə" rubrikasının qonağı olub.Axşam.az xəbər verir ki, o, "Valideynlər boşananda uşaq atasında ya anasında qalmalıdır" sualına cavab verib:"Min ata bir yerə yığışsa, bir ananın yerini vermir. Ana bir gecədə 3-4 dəfə ayılır, uşağın paltarını dəyişir, ata isə xoruldayır. Kamillə boşanma xəbərimizi mətbuat və ətrafımızdakı insanlar çıxarıb".O, daha sonra qohumlarının zəngləri ilə bağlı sualı da cavablandırıb:"Qohumlarım tez-tez zəng vuranda, xoşuma gəlmir. Bir neçə il bundan qabaq Amerikaya səfərim var idi. Bacım o qədər "WhatsApp"la zəng vurdu ki, axırda onu bloka atdım". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31