Azərbaycanda dənizsahili ərazidə güclü yanğın başladı
Azərbaycanda dənizsahili ərazidə güclü yanğın başladı
28 Aprel 2019 13:46 SosialBu gün Şabran rayonunda güclü yanğın qeydə alınıb.
Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, Şabran rayonunda dənizkənarı keçilməz bataqlıq ərazidə qamışlıq yanır.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub, yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31