Azərbaycanda toyda kütləvi dava - Bəy də dalaşdı
Azərbaycanda iki toyun qonaqları arasında kütləvi dava - Bəy də dalaşdı
28 Aprel 2019 12:21 SosialGöygöl rayonunda keçirilən toy mərasimində dava olub.
"Report"un verdiyi məlumata görə, hadisə rayonun Balçılı kəndi ərazisində yerləşən şadlıq saraylarından birində qeydə alınıb.
Şadlıq sarayının ayrı-ayrı zallarında keçirilən iki toy mərasiminin qonaqları arasında mübahisə yaranıb. Mübahisə sonda toyu olan bəylərdən birinin də qatıldığı əlbəyaxa dava ilə nəticələnib.
Hadisə zamanı xəsarət alanların olduğu və mübahisəyə qatılan bəyin maşınının (gəlin maşınının-red) şüşəsinin sındırıldığı bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31