Yeni formatlı təlimlərin ilk məzunları

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sistemində aparılan struktur və funksional islahatların məntiqi davamı olaraq Nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən əməkdaşlarda müasir peşə təfəkkürünün, habelə kreativ səriştələrinin formalaşmasına xidmət edən qısamüddətli ixtisasartırma kurslarının keçirilməsinə start verilmişdir. Olaylar.az bildirir ki, nazirliyin Lənkəran və Masallı Regional İdarələrinə daxil olan Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarında fəaliyyət göstərən mədəniyyət evlərinin metodist və mədəni tədbirlərin təşkilatçıları üçün "Bölüşərək zənginləşək" şüarı altında yeni formatlı kreativ təlimlər keçirilmişdir.

Fərqli məkanlarda təşkil olunmuş kurslar çərçivəsində gündəlik vəzifə funksiyalarının yerinə yetirilməsinin müasir forma və üsulları, o cümlədən kollektiv fəaliyyət, habelə vəzifələrin icraatında yaradıcı mexanizmlərin geniş tətbiqinə həsr olunmuş mühazirələr oxunmuşdur. Beynəlxalq təcrübəyə əsaslanan kurslarda mədəniyyət müəssisələri tərəfindən ödənişli xidmətlərin təşkilinə də xüsusi yer ayrılmışdır.

Çətinlik dərəcəsinə görə beş səviyyədən ibarət olan ixtisasartırma kurslarının birinci səviyyəsinə ali təhsili olmayan mədəniyyət işçiləri cəlb olunmuşdur. Bildirməliyik ki, cari ilin 26 aprel tarixində Lənkəran şəhər Heydər Əliyev Mərkəzində yeni formatlı kursların ilk məzunlarına beynəlxalq standartlı sertifikatlar təqdim olunmuşdur. Sertifikatlarda dinləyicilərin layiq olduqları qiymətlər ilə yanaşı, kurs nəticəsində əldə etdikləri bilik və səriştələr, kursun ümumi məzmunu, yerli və beynəlxalq tərəfdaşlar, habelə təlimçilər haqqında məlumatlar öz əksini tapmışdır.

Mədəniyyət müəssisələri tərəfindən müasir və cəlbedici xidmətlərin göstərilməsi məqsədilə əməkdaşlarda kreativ peşə təfəkkürünün formalaşması prioritet vəzifələrimizdən biri olduğunu vurğulayan Mərkəzin direktoru Asif Usubəliyev bu məqsədlə qabaqcıl təcrübədən geniş istifadə olunacağını bildirmişdir:"Yaradıcı yanaşma, fərdi inkişaf və sağlam rəqabət mədəniyyət sahəsinin mütləq keyfiyyətlərindən olmalıdır. Yalnız bu halda mədəniyyətin davamlı inkişafından danışmaq olar. Ölkə rəhbərliyi tərəfindən sahəmizə ayrılan strateji diqqət daha çox çalışmağı, mədəniyyətimizin qorunması, habelə tanıdılması istiqamətində dayanmadan effektiv yeniliklərdən istifadə olunmasını tələb edir. Məhz bu səbəbdən də Nazirliyin təşəbbüsü ilə yeni formatlı təlimlərin keçirilməsinə dair qərar qəbul edilmişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31