“Təbiəti könüllü qoruyaq”
Ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində təbliğat və maarifləndirmə işlərinin daha da genişləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılmış “Təbiəti könüllü qoruyaq” adlı könüllülər proqramının ali məktəblərdə təqdimatı keçirilib.
26 Aprel 2019 14:27 SosialƏtraf mühit və təbii sərvətlərin qorunması istiqamətində təbliğat və
maarifləndirmə işlərinin daha da genişləndirilməsi məqsədilə Ekologiya və
Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılmış "Təbiəti könüllü qoruyaq" adlı
könüllülər proqramının ali məktəblərdə təqdimatı keçirilib.
Olaylar.az xəbər verir ki, Dövlət İdarəçilik Akademiyasında, İqtisad və Azərbaycan Dövlət Neft və Sənaye Universitetlərində, Bakı Ali Neft Məktəbində keçirilən təqdimatlarda ETSN-nin nümayəndələri tərəfindən tələbələrə ekokönüllü proqramının məqsədi, iştirak qaydaları, imkanları və gənclərin bu cür layihələrə cəlb edilməsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Bildirilib ki, könüllülük fəaliyyətinə qoşulan gənclər ətraf mühit və təbii
sərvətlərin qorunması istiqamətində aparılan təbliğat və maarifləndirmə
işlərində yaxından iştirak edəcək, proqram çərçivəsində Nazirliyin
mütəxəssisləri tərəfindən onlara əmək vərdişləri aşılayan təlimlər
keçiriləcək və nəzəri-praktik biliklərin qazanılması üçün geniş şərait
yaradılacaq.
Seçilənlərə xüsusi sertifikatlar veriləcək və onlar ehtiyat kadrlar
siyahısına alınaraq gələcəkdə ETSN-də kadr heyətinin
formalaşdırılmasında iştirak edəcəklər.
.jpg)
