“Rayonlardan gələnlər Bakını pis günə qoyur” – Yeni şəhərli-rayonlu QALMAQALI
26 Aprel 2019 11:18 Sosial"İçərişəhər"də Qala divarlarının bir hissəsinin sökülərək yerində restoran tikilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan fotolar yeni şəhərli-rayonlu qalmaqalına rəvac verib.
BAKU.WS xəbər verir ki, jurnalist Nəsimi Paşayevin tarixi abidənin söküntüsünə etiraz statusuna şərh yazan aktyor Mirqafar Səlimov baş verənlərdə rayonluları günahlandırıb.
M.Səlimovun "26 ildir rayonlardan gələn 4 milyon insan Bakını pis günə qoyurlar. 26 ildir bakılılar zülm çəkir" şərhləri sosial şəbəkə istifadəçilərində qıcıq yaradıb. Nəticədə statusun altında şəhərli-rayonlu ayrı-seçkiliyini əks etdirən şərhlər yazılıb.
Sözügedən statusu və şərhi təqdim edirik:
Sözügedən statusu və şərhi təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

