Deputat: “Sahibkarların məhsulları və əmlakı sığortalanmalıdır”
25 Aprel 2019 15:28 Sosial"Aqrar sığorta haqqında" qanun layihəsi çox ciddi sənəddir. "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili, MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun sözlərinə görə, sözügedən qanun layihəsinin parlamentinArqrar siyasət komitəsində müzakirəyə çıxarılmasının nəzərdə tutulur: "Kənd təsərrüfatında yaranmış problemlər, faktiki olaraq sahibkarların əmlakı, onların məhsulları sığortalanmır. Hər hansı hadisə baş verəndə, məhsullar xarab olduqda sahibkarlar faktiki pis vəziyyətdə qalırlar. Onu da deyim ki, məşğul əhalinin 38%-i kənd təsərrüfatı ilə məşğuldur. Bu baxımdan, hesab edirəm ki, bu qanun qəbul edilsə, sahibkarlar və fermerlər üçün çox yaxşı olacaq, onlar öz əmlaklarını, öz məhsullarını sığortalaya biləcəklər".