Azərbaycanda altı barmaqlı uşaq əməliyyat olundu
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında əlində əlavə barmaq olan uşaq əməliyyat olunub
25 Aprel 2019 13:58 SosialAzərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında əlində əlavə barmaq olan uşaq əməliyyat olunub. 6 aylıq körpə polidaktiliya xəstəliyindən əziyyət əkib. Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən "Olaylar"a bildirilib ki, polidaktiliya əlavə barmaqların olması xəstəliyidir. Baş barmaq tərəfdən sümük formalı polidaktiliya müşahidə olunur. Xəstədə əlavə barmağın çıxarılması üçün cərrahiyyə əməliyyatı aparıldı. Ümumi anesteziya altında yarım saata icra olunan əməliyyat zamanı funksiya göstərməyən barmaq xaric edilib.Cərrah V. Məhəmmədovun sözlərinə görə, polidaktiliya nadir xəstəlik deyil. Son vaxtlar bu tip diaqnozlara mütəmadi olaraq rast gəlinir. Bu problem ana bətnində keçirilmiş virus xəstəlikləri, inkişaf anomaliyaları ilə əlaqədardır.