Avtomobil yolu keçən qadını vurub
Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
25 Aprel 2019 12:09 SosialBakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a daxil olan mlumata görə, hadisə Yasamal rayonu, Ş.Mehdiyev küçəsində baş verib. Bakı şəhər sakini Həsənov Laçın Gülbala oğlu "Cerry" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən, 1967-ci il təvəllüdlü Yusifova Təranə Əlihüseyn qızını vurub. Yaralı ağır kəllə-beyin travması ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31