Azərbaycanda ilk- zərərsiz tüfeyli həşəratlara qarşı mübarizə aparılacaq
Azərbaycanda ilk- zərərsiz tüfeyli həşəratlara qarşı mübarizə aparılacaq
25 Aprel 2019 11:42 SosialTərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun istixana kompleksində Abşeron rayonlararası bioloji laboratoriyasında istehsal olunmuş trixoqramma tüfeyli həşaratının istixana şəraitində yetişdirilən pomidor bitkisinə tətbiqinin təqdimatı keçirilib. "Olaylar" xəbər verir ki, təqdimat zamanı zərərsiz tüfeyli həşəratlar qrupuna aid olan bu həşəratın ilk dəfə istixana şəraitində yetişdirilən pomidor sahəsinə tətbiqi həyata keçirilib. Belə ki, pomidor güvəsinin və sovkaların yumurtalarının sirayətlənmə dərəcəsi müəyyənləşdirilib, istixana şəraitində trixoqramma tüfeylisinin mübarizə tədbirləri sisteminə əlavə olunması imkanları qiymətləndirilib.
Qeyd edək ki, bioloji mübarizə üsullarından olan trixoqramma tüfeylisi Azərbaycanda Abşeron rayonlararası bioloji laboratoriyasında çoxaldılır. Normativ texniki sənədlərə əsasən zərərverici orqanizmlərin hər nəslinə qarşı üc dəfə trixoqramma buraxılması nəzərdə tutulur. Trixoqramma tüfeylisinin bioloji səmərəliliyi zərərli orqanizmlərin hər generasiyasının sonunda, təsərrüfat səmərəliliyi isə məhsul yığımının sonunda müəyyən olunur.